Bakı bulvarında avtomobil festivalı keçiriləcək
İyunun 6–7-də Bakıda klassik və sürət avtomobillərini bir araya gətirəcək festival təşkil olunacaq.
"Stabil.az" "Report"a istinadən xəbər verir ki, "Classics & Supercars" festivalı Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Nazar Holdings"in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək.
İki gün ərzində Bakı bulvarını müxtəlif illərə və ölkələrə aid klassik və sürət avtomobilləri bəzəyəcək. Avtomobillər "Klassik avtomobillər zonası", "Supercar zonası" və "İdman avtomobilləri" zonasında nümayiş olunacaq.
Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri sərgilənəcək.
Ziyarətçilərin tədbirə girişi sərbəstdir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





