Bakı Beynəlxalq Dəniz Limanında yükaşırma 77 % artıb
Bu ilin yanvar-may aylarında ADY-yə məxsus “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-də aşırılan quru yükün həcmi 950 203 tona çataraq 77 faiz artım göstərib.
"Stabil.az" Bakı Limanına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 77 % çoxdur.
Aşırılan yüklərin əsas hissəsini Türkmənistandan gətirilərək Azərbaycan üzərindən tranzit daşınan kükürd və karbamid təşkil edib. Bununla yanaşı, Qazaxıstandan ixrac olunan mis, sink və digər əlvan metal məhsullarının daşınmasında da Bakı Limanının rolu əhəmiyyətli dərəcədə artıb.
Mövcud tendensiya və bazar iştirakçılarının yükdaşıma planları nəzərə alınaraq, növbəti aylarda da quru yük seqmentində artım dinamikasının davam edəcəyi proqnozlaşdırılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





