Bakı-Astara dəmir yolu xətti 2028-ci ilə qədər bərpa olunacaq
Bakı-Astara dəmir yolu xəttində 2028-ci ilə qədər modernizasiya işlərinin həyata keçirilməsi planlaşdırılır.
“Stabil.az” xəbər verir ki, bu barədə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib.
O bildirib ki, modernizasiya başa çatdıqdan sonra Astara istiqamətində sərnişin daşımaları mümkün olacaq.
R.Hümmətov qeyd edib ki, Astara istiqamətində bəzi yollar əlavə təmir işlərinə ehtiyac duyur: “Ötən ilin sonunda Rusiya ilə imzalanmış sazişdə 'Şimal-Cənub' dəhlizinin inkişafı və mövcud xəttin modernizasiyası nəzərdə tutulub. Biz yol tam modernizə olunmadan və təhlükəsizlik təmin edilmədən sərnişin daşımalarının həyata keçirilməsinin tərəfdarı deyilik. Lakin 2028-ci ilə qədər yolun modernizasiyasını başa çatdırmağı planlaşdırırıq və həmin dövrdə sərnişindaşımanın bərpası mümkün olacaq. Yeganə məhdudiyyət yoldakı cari vəziyyətdir” – deyə nazir müavini bildirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





