Bab əl-Məndəb boğazında gərginlik: BMT Təhlükəsizlik Şurası vəziyyəti müzakirə edəcək
Yəməndə husilərin hücumlarının davam etməsi və Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı risklərin artması fonunda BMT Təhlükəsizlik Şurası bu gün fövqəladə iclas keçirəcək.
"Stabil.az" "əl-Hədəs" telekanalına istinadla xəbər verir ki, iclasın keçirilməsi ilə bağlı təşəbbüs Fransa, Latviya, Yunanıstan, Böyük Britaniya və Bəhreyn tərəfindən irəli sürülüb.
Qeyd edək ki, son günlər Bab əl-Məndəb və Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı beynəlxalq narahatlıq artıb. Buna husilərin təhdidləri, eləcə də onların Yəmənin qərb sahillərində mövqelərini genişləndirməsi səbəb olub.
Xatırladaq ki, husilər son günlərdə Qırmızı dənizin girişində yerləşən Bərim adasına nəzarəti ələ keçiriblər. Bununla yanaşı, onların qərb sahilində Zubab rayonunun bir sıra ərazilərinə doğru irəlilədiyi, Qırmızı dənizdə yerləşən bir sıra adalara daxil olduqları bildirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




