“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29 İyul 2026 14:43   Paylaş

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 33 ölkəsindən olan 90-dək şirkətə 13,1 milyon dollar dəyərində telekommunikasiya xidmətləri ixrac edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 ölkə azdır, xidmət dəyəri isə 1,5 dəfə çoxdur.

"Stabil.az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla xəbər verir ki, bu dövr ərzində formalaşan ümumi gəlirlərin 63 faizini ixrac əməliyyatları təşkil edib.

Altı ayda peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,2 milyon dollar ilə Birləşmiş Krallıq, 1,6 milyon dollar ilə Lüksemburq, 605,4 min dollar ilə Türkiyə, 603,4 min dollar ilə Pakistan və 327,9 min dollar ilə Misir qərarlaşıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol