“Azeri Light” neftinin qiyməti 121 dolları keçib
27 Mart 2026 13:08   27 Mar 2026 13:49 Paylaş

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti yüksələrək 121 dolları keçib.

"Stabil.az"ın ticarət məlumatlarına görə xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7.55 ABŞ dolları və ya 6,6% artaraq 121.25 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113.70 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol