“Azəri-Çıraq-Günəşli”də 200-dən çox aktiv quyu fəaliyyət göstərir
3 İyun 2026 12:10   Paylaş

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ümumilikdə 400-dən artıq quyu qazılıb və hazırda 200-dən çoxu aktiv şəkildə fəaliyyət göstərir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə bp şirkətinin rezervuar mühəndisi Gülüstan Kərimli Bakı Ekspo Mərkəzində şirkətin tətbiq etdiyi texnologiyalarla bağlı media nümayəndələri üçün təşkil olunan xüsusi sessiyada deyib.

O bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda ən iri neft və qaz yatağı olan AÇG-dən bu günədək 4,6 milyard bareldən çox neft hasil edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol