"AzerGold"un ixrac göstəricilərində 31 %-dən çox artım qeydə alınıb
Cari ilin ilk beş ayında "AzerGold" QSC-nin məhsul ixracının dəyəri 107,6 milyon ABŞ dolları təşkil edib.
"Stabil.az" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyun buraxılışına istinadən xəbər verir.
Bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 25,7 milyon ABŞ dolları və ya 31,4 % çoxdur.
5 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 % artaraq 1,5 milyard ABŞ dolları təşkil edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





