Azərbaycanlı idmançılar Türkiyədə beynəlxalq reqatada yarışacaqlar
10 Aprel 2026 16:46   Paylaş

Azərbaycanın kayak və kanoe üzrə gənclərdən ibarət milli komandalarından 7 idmançı Türkiyənin Muğla şəhərində təşkil olunacaq “Bahar Kuboku” beynəlxalq reqatasında mübarizə aparacaq.

"Stabil.az" bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən məlumat verib.

Ölkənin yeddi idmançısı sözügedən yarışda mübarizə aparacaq.

Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növündə mükafatçılar sırasına düşməyə çalışacaqlar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol