Azərbaycanlı boksçular Qazaxıstanda keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıblar
Azərbaycanın iki boksçusu Qazaxıstanda U-15 yaş kateqoriyasında təşkil olunan beynəlxalq turnirdə qızıl medal qazanıb.
"Stabil.az" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda təşkil olunan yarışda 5 ölkənin idmançıları mübarizə aparıblar.
Turnirə 2 boksçu ilə qatılan Azərbaycan millisinin hər iki üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) bütün rəqiblərini üstələyərək çempion olublar. Ölkə təmsilçiləri finalda yerli boksçularla görüşü vaxtından əvvəl tam üstünlüklə başa vurublar.
Qeyd edək ki, komandanın çalışdırıcısı Etibar Abdullayev turnirin ən yaxşı məşqçisi seçilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





