Azərbaycanlı boksçu Dünya Kubokuna qələbə ilə başlayıb
21 Aprel 2026 15:10   Paylaş

Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən yarışda Nəbi İsgəndərov ilk qarşılaşmasını uğurla başa vuraraq qələbə əldə edib.

"Stabil.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov reytinq xarakterli yarışa qələbə ilə başlayıb.

70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə türkiyəli Necat Ekinçi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada boksçumuz rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.

İsgəndərov 1/8 finalda tacikistanlı Murodjon Aşuraliyevlə üz-üzə gələcək. Bu görüş aprelin 22-də baş tutacaq.

Qeyd edək ki, Dünya Kuboku aprelin 26-da yekunlaşacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol