Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsinin genişləndirilməsi planlaşdırılır
4 Mart 2026 16:27   Paylaş

Görüş zamanı Avstriyanın İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin Baş katibi ilə ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və sənaye sahəsində əməkdaşlıq müzakirə olunub.

"Stabil.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avstriyanın İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin Baş katibi Severin Qruber ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli iqtisadi əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. Tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin reallaşdırlması imkanlarını nəzərdən keçiriblər. İşğaldan azad edilmiş ərazilərdə Avstriya şirkətləri ilə əməkdaşlıq, sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən bərpa olunan enerji və humanitar sahələrdə tərəfdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, mövcud potensialdan daha səmərəli istifadə və işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqi iqtisadi münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verə bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol