Azərbaycanın XİN rəhbəri Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
18 Mart 2026 15:23   Paylaş

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.

"Stabil.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol