Azərbaycanın turizm imkanları Türkiyədə EMITT 2026 sərgisində təqdim olunur
Azərbaycan Turizm Bürosu Türkiyənin İstanbul şəhərində keçirilən 29-cu Şərqi Aralıq Dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi (EMITT 2026) iştirak edir.
"Stabil.az" bu barədə Dövlət Turizm Agentliyinə istinadən məlumat verib.
Bildirilib ki, milli stenddə Azərbaycan Turizm Bürosu ilə yanaşı, 11 yerli turizm sənayesi nümayəndəsi və "Azərbaycan Hava Yolları" QSC təmsil olunur.
“Experience Azerbaijan” stendində təşkil edilən B2B və B2C formatlı görüşlər çərçivəsində ölkəmizin turizm imkanları, mədəni və təbii irsi, həmçinin qastroturizm, dağ-xizək mərkəzləri, şərabçılıq və sağlamlıq turizmi də daxil olmaqla müxtəlif turizm məhsulları barədə ətraflı məlumat verilir.
Fevralın 7-dək davam edəcək sərgidə dünyanın 109 ölkəsindən 660 turoperator təmsil olunur.
2026-cı ilin yanvar ayında Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 36 min 536 nəfər təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 16 faiz artım deməkdir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





