Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları keçib
9 Sentyabr 2026 11:12   09 Sep 2026 11:19 Paylaş

Bu il sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib.

"Stabil.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il sentyabrın 1-nə nisbətən 15,7 % çoxdur.

Avqustda ölkənin strateji valyuta ehtiyatları 3 milyard 954,8 milyon ABŞ dolları artıb.

2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol