Azərbaycanın strateji valyuta ehtiyatları 87,9 milyard dollara çatıb
6 May 2026 11:38   Paylaş

Cari ilin ilk dörd ayı ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 3,4 faiz (2,9 milyard manat) artım nümayiş etdirərək 87,9 milyard dollar təşkil edib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Mərkəzi Bankın sədri qeyd edib ki, bu dövrdə AMB-nin valyuta ehtiyatları 12,7 milyard dollar olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol