Azərbaycanın strateji valyuta ehtiyatları 10 %-dən çox artıb
Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 753,6 milyon ABŞ dolları təşkil edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10 %-dən çox artıb.
"Stabil.az" "Report"a istinadən xəbər verir ki, bunun 84,7 %-i və yaxud 72 milyard 596 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 15,3 %-i və yaxud 13 milyard 157,6 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 580,9 milyon ABŞ dolları və yaxud 0,7 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 919,9 milyon ABŞ dolları və yaxud 1,3 % az, AMB-nin valyuta ehtiyatlarında isə 1 500,8 milyon ABŞ dolları və yaxud 12,9 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 8 milyard 084,1 milyon ABŞ dolları və yaxud 10,4 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 6 milyard 080,4 milyon ABŞ dolları və yaxud 9,1 % artım, AMB-nin valyuta ehtiyatları isə 2 003,7 milyon ABŞ dolları və yaxud 18 % artım nümayiş etdirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





