Azərbaycanın sonuncu idmançısı XXV Qış Oyunlarında yarışacaq
18 Fevral 2026 12:44   Paylaş

Azərbaycan idmançısı Anastasiya Papatoma bu gün İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

"Stabil.az" xəbər verir ki, 17 yaşlı dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq. Yarış İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina d'Ampetsoda keçiriləcək.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 bal toplayaraq 29 iştirakçı arasında sonuncu yeri tutub və yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycanın 2 idmançı ilə təmsil olunduğu “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol