Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib.
Daha bir Sərəncamla Nazirlər Kabinetinə Lissabon şəhərində olacaq səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi isə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




