Azərbaycanın NATO yanındakı nümayəndəliyində 9 ölkənin təmsilçiləri ilə görüş keçirilib
Azərbaycanın NATO yanındakı nümayəndəliyi alyansla tanışlıq proqramında iştirak edən 9 ölkənin nümayəndələri ilə görüş keçirib.
"Stabil.az" xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanındakı nümayəndəliyi "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Nümayəndəliyin rəhbəri Cəfər Hüseynzadə və Azərbaycanın NATO yanındakı hərbi nümayəndəsi polkovnik Ramil Həsənov Əlcəzair, Misir, Kolumbiya, Gürcüstan, Yaponiya, Qazaxıstan, Mərakeş, Türkmənistan və Ukraynadan olan nümayəndələri qəbul ediblər.
"Görüşdə iştirakçılara Azərbaycanın NATO ilə tərəfdaşlığı və ölkənin bu sahədəki təcrübəsi barədə məlumat verilib", - paylaşımda bildirilib.
Qeyd olunub ki, NATO ilə tanışlıq proqramı ildə iki dəfə keçirilir və öz iştirakçılarına alyansın fəaliyyəti, eləcə də onun əməkdaşlıq proqramları barədə ümumi məlumat verir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




