Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.
"Stabil.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, başsağlığında deyilir: "Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.
Terror hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





