Azərbaycanın MMA döyüşçüsü UFC-dəki növbəti görüşündə məğlub olub
1 Fevral 2026 13:17   01 Feb 2026 16:37 Paylaş

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşündə məğlub olub.

"Stabil.az"-ın məlumatına görə, 32 yaşlı idmançı Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turnirində braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib.

Cənubi amerikalı döyüşçü ikinci raundda nokautla qələbə qazanıb.

Qeyd edək ki, UFC-də 13 qalibiyyəti olan Fiziyev beşinci məğlubiyyətini alıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol