Azərbaycanın milli rəqs irsi Düşənbədə keçirilən beynəlxalq festivalda böyük maraqla qarşılanıb
Tacikistanın dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Düşənbədə təşkil olunan “Rəqs bizi birləşdirir” adlı beynəlxalq festivalda ölkəmizin zəngin rəqs mədəniyyəti uğurla nümayiş etdirilib.
"Stabil.az" Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festivalda Azərbaycanı təmsil edən Dövlət Rəqs Ansamblı zəngin milli rəqs irsimizi “Ağ çiçək” və “Zəngəzur yallısı (Ağbaba)” rəqsləri ilə yüksək peşəkarlıqla təqdim edib.
Festival çərçivəsində Tacikistanın mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen iştirakçı ölkələrin rəsmi nümayəndələri ilə görüşərək mədəni əməkdaşlığın genişləndirilməsinin və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
MDB ölkələrinin qatıldığı festival xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, milli-mədəni irsin qorunmasına və inkişafına töhfə verib.
Festival konsert proqramları ilə davam edib, yekunda iştirakçılara fəxri mükafatlar təqdim olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





