Azərbaycanın mədəni irsi Qətərdə: Doha Kitab Sərgisində ölkəmizin stendi açılıb
18 May 2026 14:24   Paylaş

Qətərin paytaxtı Doha şəhərində start götürən 35-ci Doha Beynəlxalq Kitab Sərgisində ölkəmiz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə geniş şəkildə təmsil olunur.

"Stabil.az" nazirliyə istinadən xəbər verir ki, Azərbaycanın milli stendində tarix, mədəniyyət, ədəbiyyat və müasir inkişafımızı əks etdirən 200-ə yaxın nəşr nümayiş etdirilir.

Azərbaycan nümayəndə heyətinin tərkibində sərgiyə qatılan “Zərdabi Nəşr”, “İpəkyolu”, “Roller bird” nəşriyyatları və yazıçılar ərəb ölkələrinin nəşriyyat və kitab yayımı mərkəzləri ilə işgüzar görüşlər keçirərək əməkdaşlıq imkanlarını müzakirə edir.

Mayın 23-dək davam edəcək 35-ci Doha Beynəlxalq Kitab Sərgisində 40 ölkədən 500-ə yaxın nəşriyyat iştirak edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol