Azərbaycanın may ayı neft hasilatı: OPEC rəsmi rəqəmləri açıqladı
11 İyun 2026 19:26   Paylaş

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) son hesabatına görə, bu ilin may ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 458 min barel təşkil edib.

"Stabil.az" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, aprel ayında qeyd olunan göstərici 460 min barel səviyyəsində olub. Belə ki, may ayında Azərbaycanda ortalama gündəlik neft hasilatı aylıq müqayisədə 2 min barel azalıb.

Məlumata əsasən, ilin birinci rübündə qeyd olunan göstərici 454 min barel təşkil edib.

Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol