Azərbaycanın İranla ticarət dövriyyəsi 13 %-ə yaxın artıb
31 Mart 2026 15:07   Paylaş

Bu ilin ilk iki ayında Azərbaycanla İran arasındakı ticarət dövriyyəsi 117 milyon 646 min ABŞ dolları olub və təxminən 13 % artım müşahidə edilib.

"Stabil.az"ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 % çoxdur.

Hesabat dövründə İranla ticarət ümumi dövriyyənin 1,8 %-i qədər olub.

İllik müqayisədə Azərbaycanın İrana ixracının dəyəri 2,1 % azalaraq 2 milyon 373 min ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 13,1 % artaraq 115 milyon 272 min ABŞ dolları olub.

İki ayda İrana ixrac ümumi ixracın 0,06 %-ni, İrandan idxal isə ümumi idxalın 4,4 %-ni təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol