Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib
Azərbaycanın iki qadın güləşçisi Albaniyanın Tiranada şəhərində keçirilən yarışda yarımfinala yüksəlib.
"Stabil.az" xəbər verir ki, Jalə Əliyeva (57 kiloqram) və Birgül Soltanova (65 kiloqram) 1/4 finalda rəqiblərinə qalib gələrək növbəti raunda adlayıblar.
Ruzanna Məmmədova (62 kiloqram) isə həmin mərhələdə uduzub.
Xatırladaq ki, Günay Qurbanova (59 kiloqram) bu gün bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qızıl, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





