Azərbaycanın Danimarka ilə mal-qara ticarəti rekord həddə çatıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 24,54 milyon ABŞ dolları dəyərində 5 690 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digər növlər) idxal edib.
"Stabil.az"ın Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,3 dəfə, kəmiyyət olaraq isə 3 dəfə çoxdur.
Hesabat dövründə ölkəmiz Çexiyadan 7,67 milyon ABŞ dolları dəyərində 1 746 ədəd, Estoniyadan 6,64 milyon ABŞ dolları dəyərində 1 000 ədəd, Uruqvaydan 3,64 milyon ABŞ dolları dəyərində 714 ədəd, Avstriyadan 2,6 milyon ABŞ dolları dəyərində 592 ədəd, Danimarkadan isə 2,28 milyon ABŞ dolları dəyərində 573 ədəd mal-qara alıb. Xüsusilə Danimarkadan idxal dəyəri və miqdarı ötən il ilə müqayisədə hər iki göstəricidə 8 dəfədən çox artıb.
2024-cü ildə Azərbaycandan idxal edilmiş 1 944 ədəd mal-qaranın 29 %-i Avstriyanın, 25 %-i Almaniyanın, 20 %-i Estoniyanın payına düşüb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





