Azərbaycanın daha bir qadın güləşçisi Avropa çempionatında finala yüksəlib
12 Mart 2026 21:12   13 Mar 2026 01:30 Paylaş

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.

"Stabil.az" xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda fransalı İris Matilda Tibunu üstələyib və həlledici raunda yüksəlib.

Bu gün, həmçinin Gültəkin Şirinova (55 kiloqram) finalda macarıstanlı Gerda Tereklə, Günay Qurbanova (59 kiloqram) isə Belarus təmsilçisi Marta Hetmanava ilə münasibətlərini aydınlaşdıracaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol