Azərbaycanın çimərlik voleybolçuları EEVZA çempionatında iştirak edəcəklər
Azərbaycanın qız və oğlanlardan ibarət çimərlik voleybolu üzrə milli komandaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) U-16, U-18 və U-20 yaş qrupları üzrə keçiriləcək çempionatlarında mübarizə aparacaqlar.
"Stabil.az" bu barədə Azərbaycan Voleybol Federasiyasına istinadən məlumat verib.
Komandalar yarışa qatılmaq məqsədilə bu gün Latviyaya yola düşüblər.
U-18 yaş qrupu üzrə yarışlar 1–3 iyul, U-16 yaş qrupu üzrə çempionat 4–5 iyul, U-20 yaş qrupu üzrə yarışlar isə 15–17 iyul tarixlərində keçiriləcək. Hər üç yaş qrupu üzrə qarşılaşmalar Latviyanın Cesis şəhərində təşkil olunacaq.
Komandalarımız yarışlarda baş məşqçi Atvars Vilde və məşqçi Nihad Tərverdiyevin rəhbərliyi altında mübarizə aparacaqlar.
Azərbaycan EEVZA çempionatlarında aşağıdakı cütlüklərlə təmsil olunacaq:
U-16 (qızlar)
1. Dilarə Ağayeva / Ulyana Kovalyova
2. Aydan Mirzəyeva / Aylin Əlizadə
U-18 (qızlar)
1. Leyla Əliyeva / Dilarə Ağayeva
2. Feyza Bolat / Cəmilə Bəşirova
U-18 (oğlanlar)
1. Emil Safronov / Tamerlan Tağlıyev
U-20 (qızlar)
1. Səbinə Əlizadə / Leyla Əliyeva
2. Feyza Bolat / Cəmilə Bəşirova
U-20 (oğlanlar)
1. İbrahim Məmmədov / Muhəmməd Aslanlı
2. Emil Safronov / Tamerlan Tağlıyev
Qeyd edək ki, çimərlik voleybolçularımız EEVZA çempionatları ilə yanaşı, Latviyanın paytaxtı Riqada keçiriləcək Baltikyanı ölkələrin açıq çempionatında da qüvvələrini sınayacaqlar.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





