Azərbaycanın çay ixracı ilk yarımildə 24 faizə yaxın artıb
Bu ilin birinci yarısında Azərbaycanın çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 24 faiz artıb.
"Stabil.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən çayın dəyəri 19,4 faiz artaraq 3 milyon 801,35 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında isə Azərbaycandan 3 milyon 185,04 min dollar dəyərində yəni 353,31 ton çay ixrac edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





