Azərbaycanın bəzi bölgələrində qar yağacaq, yollar buz bağlayacaq
27 Yanvar 2026 17:25   27 Jan 2026 17:31 Paylaş

Azərbaycanın bəzi rayonlarında yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir qar yağacağı gözlənilir.

"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntılar qısa müddət ərzində intensivləşə bilər.

Xidmətin xəbərdarlığında bildirilir ki, gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq, sürücülər diqqətli olmalıdırlar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol