Azərbaycanın bədii gimnastları Portuqaliyadan iki qızıl medalla dönür
12 May 2026 14:39   Paylaş

Azərbaycanın bədii gimnastları Portuqaliyanın Portimao şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

"Stabil.az" Gimnastika Federasiyasına istinadən xəbər verir ki, gənclər yaş kateqoriyasında Azadə Atakişiyeva və Nuray Muradlı komanda hesabında 94.000 xalla ABŞ və İtaliyanı geridə qoyaraq qızıl medal qazanıb.

Fərdi proqramda isə top ilə hərəkətlərin icrasında Azadə Atakişiyeva 25.500 xalla qızıl, Gövhər İbrahimova isə 25.900 xalla gümüş mükafata sahib çıxıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol