Azərbaycanın avtomobil idxalı 29%-dən çox artıb
2025-ci ildə Azərbaycan 2 milyard 386 milyon 505 min ABŞ dolları dəyərində 123 min 319 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
“Stabil.az”ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə dəyər etibarilə 29,4%, ədəd üzrə isə 34,3% artım deməkdir.
İl ərzində sürücü daxil olmaqla 10 nəfər və ya daha çox sərnişin daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,2 dəfə artaraq 877 ədədə (102,186 milyon ABŞ dolları) çatıb. Əsasən sərnişin daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 38,1% artaraq 113 840 ədəd (2 milyard 142,023 milyon ABŞ dolları) təşkil edib.
Bu avtomobillərin 16 884-ü (360 milyon ABŞ dolları) elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki də olan nəqliyyat vasitələridir. 56 794-ü (1 milyard 067,959 milyon ABŞ dolları) xarici mənbədən enerji doldurma qabiliyyətinə malik, hibrid mühərrikli avtomobillər, 2 028-i (62,486 milyon ABŞ dolları) isə yalnız elektrik mühərriki ilə hərəkət edən nəqliyyat vasitələridir.
Bu isə birincinin 6,8% artması, ikincinin 5,5 dəfə artması, üçüncünün isə 33% azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin idxalı 3,2% azalaraq 8 163 ədəd (99,108 milyon ABŞ dolları), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 22,8% azalaraq 439 ədəd (43,188 milyon ABŞ dolları) təşkil edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





