Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib
1 Mart 2026 16:31   01 Mar 2026 20:57 Paylaş

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının "Astara" sərhəd-keçid məntəqəsindən təxliyəsi davam edir.

"Stabil.az" xəbər verir ki, 28 fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.

İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanı vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3, İtaliyanın isə 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub.

Məlumat üçün bildirək ki, İrandan Azərbaycana 10 nəfərdən çox Çin vətəndaşının da təxliyəsi gözlənilir. Onlardan üçünün keçidi artıq həyata keçirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol