Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında yarışacaq
Azərbaycanın şose velosipedi üzrə milli komandası Avropa çempionatında iştirak etmək üçün Sloveniyanın paytaxtı Lyublyanaya yollanıb.
"Stabil.az" Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən xəbər verir ki, oktyabrın 2-dən 7-dək keçiriləcək yarışda ölkəmiz elit və gənclər kateqoriyalarında 4 velosipedçi ilə təmsil olunacaq.
Gənclər kateqoriyasında Rəhim Nağıyev və Nihad Xudoyev, elit kateqoriyasında isə Nofəl Nuriyev və Şahin Eyvazov mübarizə aparacaqlar.
Avropanın müxtəlif ölkələrindən ən güclü velosipedçilərin qatılacağı çempionatda Azərbaycan təmsilçiləri fərdi və qrup ötüşməsi növlərində çıxış edəcəklər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





