Azərbaycanı Balkan çempionatında 7 atlet təmsil edəcək
Azərbaycanı Balkan çempionatında 7 atlet təmsil edəcək.
"Stabil.az" bu barədə Azərbaycan Atletika Federasiyasına istinadən bildirib.
Yarışda Anna Skidan (çəkicatma), Rüstəm Məmmədov, Yekaterina Sarıyeva (hər ikisi üçtəkanla tullanma),
İlahə Quliyeva (200 və 400 metr məsafəyə qaçış) Kəsgin Abbaszadə (uzunluğa tullanma), İsmail Əliyev (nüvəitələmə) və Həmid Nəbiyev (100 metr məsafəyə qaçış) mübarizə aparacaqlar.
Qeyd edək ki, Balkan çempionatı iyunun 20–21-də təşkil olunacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





