Azərbaycanı Avropa çempionatında 9 taekvondoçu təmsil edəcək
7 May 2026 21:39   07 May 2026 22:27 Paylaş

Taekvondo üzrə Azərbaycan millisinin Almaniyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

"Stabil.az"ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycan Taekvondo Federasiyası bildirir ki, Münxendə təşkil olunacaq turnirdə ölkəmizi 9 idmançı təmsil edəcək.

Kişilərin mübarizəsində Səyyad Dadaşov (54 kiloqram), Qaşım Maqomedov (58 kiloqram), Fuad Məhərrəmli (63 kiloqram), Riyad Şirəliyev (68 kiloqram), Cavad Ağayev (74 kiloqram) və Elcan Əliyev (80 kiloqram), qadınlar arasında isə Minayə Əkbərova (46 kiloqram), Səmərrux Osmanova (49 kiloqram) və Məryəm Məmmədova (53 kiloqram) dayanq üzərinə çıxacaqlar.

Qeyd edək ki, turnir mayın 11-dən 14-dək təşkil olunacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol