Azərbaycandan tranzitlə Ermənistana buğda göndəriləcək
24 Aprel 2026 09:45   24 Apr 2026 09:56 Paylaş

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda daşınması həyata keçiriləcək.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 5 vaqon buğda tədarük olunacaq.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol