Azərbaycandan tranzit keçməklə Ermənistana 10 vaqon buğda göndəriləcək
23 İyun 2026 17:01   Paylaş

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 10 vaqon buğda tədarük olunacaq.

Qatar saat 18:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol