Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton çoxdur.
"Stabil.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
İxrac olunan xam neftin dəyəri 581 milyon 706,77 min dollar təşkil edib ki, bu da illik müqayisədə 35,5 faiz və ya 152 milyon 372,72 min dollar çoxdur.
Səkkiz ayda Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 6,3 faiz olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





