Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib - YENİLƏNİB
Bu gün Azərbaycandan Ermənistana göndərilən 2 475 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola salınıb.
"Stabil.az" "Report"a istinadən xəbər verir ki, 42 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı tədarük edilib.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
(
"Stabil.az" "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 42 vaqon dizel yanacağı ixrac olunacaq.
Qatar saat 16:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





