Azərbaycanda yaz fəslinin başlama vaxtı məlum olub
Yaz fəsli Azərbaycana martın 20-də saat 18:45:53-də daxil olacaq.
"Stabil.az" bu barədə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasına istinadən məlumat yayıb.
Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





