Azərbaycanda sənaye müəssisələrinin istehsalı artıb
11 Fevral 2026 12:46   Paylaş

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2026-cı ilin yanvar ayında 4,7 milyard manatlıq sənaye məhsulu istehsal ediblər ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,5% çoxdur.

"Stabil.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 8,7% artıb.

Sənaye məhsulunun 56,4 faizi mədənçıxarma sektorunda, 35,2%-i emal sektorunda, 7,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Məlumata görə, hesabat dövründə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,7 faiz artıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol