Azərbaycanda qızıl istehsalı 15% azalıb
19 Mart 2026 11:46   Paylaş

2026-cı ilin yanvar-fevral aylarında qızıl istehsalı 15% azalma ilə 406,6 kiloqram olub.

"Stabil.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azalaraq 140 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı 12,3 faiz azalaraq 681,4 kiloqram təşkil edib.

Martın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz azalaraq 522,7 kiloqram qeydə alınıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol