Azərbaycanda neft bitumu və neft koksu istehsalı 354,9 min tonu ötüb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 354,9 min ton neft koksu, neft bitumu və neft məhsullarının digər qalıqları istehsal edilib.
"Stabil.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 44,6 min ton və ya 11,2 faiz azdır.
Bu ilin iyulun 1-i vəziyyətinə ölkədə hazır sözügedən məhsulların ehtiyatı 61,2 min ton təşkil edib.
Hesabat dövründə Azərbaycanda 60,1 min ton neft bitumu, 118,9 min ton isə neft koksu istehsal edilib. Ötən ilin ilk 6 ayındakı göstərici ilə müqayisədə ölkədə neft bitumu istehsalı 55,2 min ton və ya 47,9 faiz azalıb, neft koksu istehsalı isə 13,6 min ton və yaxud 12,9 faiz artıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





