Azərbaycanda dövlət xətti ilə yarım il ərzində 226 milyon manatdan çox ipoteka krediti verilib
29 İyul 2026 12:16   Paylaş

Bu ilin ilk 6 ayında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 226,3 milyon manat məbləğində kredit ayrılıb.

"Stabil.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 39,7 % azalaraq 131,6 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 39,4 % azalaraq 200 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 42,6 milyon manat olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol