Azərbaycanda cəza çəkən 5 əcnəbi əfv olunub
Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam 5 əcnəbiyə də şamil olunub.
"Stabil.az" xəbər verir ki, həmin şəxslərdən ikisi - Demir Mehmet və Özdemir Salih Türkiyə vətəndaşlarıdır.
Mikhayılov Kirill Vladimiroviç Rusiya və İsrail, Ryan Martin Riçard Fransa, Sabir Sonia isə Pakistan vətəndaşıdır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





