Azərbaycanda buğda idxalı 2024-cü illə müqayisədə azalıb
23 Yanvar 2026 17:10   Paylaş

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycana 275 milyon 626 min ABŞ dolları dəyərində 1 milyon 267,3 min ton buğda idxal edilib.

“Stabil.az"ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə həcm baxımından 1,9% (24,7 min ton), məbləğ baxımından isə 1,5% (4,1 milyon ABŞ dolları) azalıb.

Qeyd olunur ki, ötən il buğda idxalı ölkənin ümumi idxalının 1,13%-ni təşkil edib.

Həmçinin, Rusiya və Qazaxıstandan gətirilmiş buğdanın 1 tonunun orta qiyməti 369,7 manat olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol