Azərbaycana yaz fəsli daxil olub
21 Mart 2026 11:25   21 Mar 2026 12:09 Paylaş

Azərbaycana yaz fəsli qədəm qoyub.

"Stabil.az" AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Bakı Dövlət Universitetinin Astrofizika kafedrası bildirir ki, yaz fəsli Azərbaycana martın 20-si saat 18:45-də daxil olub.

Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol